Bayram Nurludan Zaur Kamala SƏRT İSMARIC - “Övladın demir sənə, məktəbdə şit söhbətlərini məsxərəyə qoyurlar?”

Bayram Nurludan Zaur Kamala SƏRT İSMARIC - “Övladın demir sənə, məktəbdə şit söhbətlərini məsxərəyə qoyurlar?”

Hazırda oxunan: Bayram Nurludan Zaur Kamala SƏRT İSMARIC - “Övladın demir sənə, məktəbdə şit söhbətlərini məsxərəyə qoyurlar?”

81694

“Bəzi "manıs" müğənnilər gələrək 500-1000 manat verib səni kişi ediblər, həddini bil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri sosial media fenomeni Bayram Nurlu ötən gün Zaur Kamalla cənubi azərbaycanlı müğənni Afşin Azəri arasında yaşanan hadisəyə münasibət bildirərkən yazıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Zaur Cənubi Azərbaycanlı müğənnini efirdən qovdu - VİDEO


B.Nurlu bu barədə “Instagram” hesabında qeyd edib. 

“Bir ildir Zauru bloka atmışam, zəhləm gedir ondan. Yeni mövsümdə nə edəcəksən ay Zaur, ümidlərin çoxdur deyəsən. Məncə artıq bu sezonda televiziya ilə sağollaş. Televiziyada efir aparmaqla deyil ki... Qonaq qarşılaya bilmir. İstəmirdin, elə efir öncəsi deyərdin ki, get. Efirə çıxarıb məyus edib, göndərmək kişilikdəndir?! Onun da sevənləri, ailəsi baxır, düz deyil". 

Fenomen həmçinin qeyd edib ki, aparıcının bu hərəkəti hər kəs tərəfindən tənqidlə qarşılanıb.  

"Övladın demir sənə ay papa, məktəbdə uşaqlar sənin şit söhbətlərini məsxərəyə qoyurlar. Hərənin öz sevəni, kütləsi, ailəsi var. Bir az hörmətin olsun. Bəzi "manıs" müğənnilər gələrək 500-1000 manat verib səni kişi ediblər, həddini bil. O efir sənin deyil, nə olsun komandan var. Sən kanal rəhbəri olsan nə edərsən?! Sənə efir, kanal çoxdur, harınlama. Bu günün, sabahı da var". 

Qeyd edək ki, ötən gün ARB TV-nin efirində "Həmin Zaur" verilişinin aparıcısı Zaur Kamalla cənubi azərbaycanlı müğənni Afşin Azəri arasında gərgin anlar yaşanıb. Tanınmış aparıcı müğənnidən efiri tərk etməsini tələb edib.  


Onun bu hərəkəti çoxları tərəfindən xoş qarşılanmayıb. 

Baş verənlərlə bağlı verilən son açıqlamada Zaur Kamalın efirdəki son davranışı ilə bağlı ölçü götürüləcəyi bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO