Demet ilə Oğuzhan NİŞANLANDI - FOTO/VİDEO

Demet ilə Oğuzhan NİŞANLANDI - FOTO/VİDEO

Hazırda oxunan: Demet ilə Oğuzhan NİŞANLANDI - FOTO/VİDEO

81090

Türkiyənin məşhur aktrisası Demet Özdemir və müğənni Oğuzhan Koç ailə arasında keçirilən mərasimlə evliliyə ilk addımı atıblar.

Bizim.Media xəbər verir ki, ailə arasında baş tutan mərasimdə məşhur cütlük nişan üzükləri taxıb.

Aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç təxminən 2 il davam edən münasibətlərini evliliklə taclandırmaq qərarına gəlib. Evliliyə ilk addımı atan Özdemir və Koçun xoşbəxt anları obyektivlərə əks olunub.

Bu özəl gün üçün iki fərqli libas geyinməyə üstünlük verən məşhur aktrisa qız istəmə mərasimində ağ libas geyinib. Demet Özdemir qəhvə içdikdən sonra üzük mərasimi üçün çəhrayı atlas libasa üstünlük verib.

Demet və Oğuzhan aşiqlərinin heyranları bu xəbərin ardından sosial şəbəkəyə axın edərək, iki məşhuru təbrik yağışına qərq ediblər.

Rəşad Əliyev, Bizim.Media

 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO