İzləyicinin

İzləyicinin "keçəlsən" sözü Əməkdar artisti ağlatdı - VİDEO

Hazırda oxunan: İzləyicinin "keçəlsən" sözü Əməkdar artisti ağlatdı - VİDEO

80997

"Toppuş bacı" ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanı izləyicisi göz yaşlarına boğub.

Bizim.Media xəbər verir ki, "Tik-Tok" hesabında canlı yayım açan sənətçiyə Vəfa adlı izləyici "Keçəlsən" sözünü yazaraq, Tünzaləni ağladıb.

Aktrisa bu sözdən kövrələrək bu sözləri dilə gətirib:

"Vəfa, yazdığınız bu sözü görə sizi bağışlayıram. Siz nə edəsiniz ki?! Heç bir günahınız yoxdur. İlk dəfə başımı keçəl qırxdırmağa heç hazır olmadım. Məndə əvvəl həyat yoldaşım Röyal saçını qırxdı. Sonra mənim başım qırxıldı. Daha sonra qaynatam, ardından qardaşım, bacımın oğlu. Nəticədə hamımız ailəlikcə keçəl olduq. Mənə "keçəl" sözündən də pis sözlər yazıblar".

Qeyd edək ki, Tünzalə Əliyeva bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində yenidən kimyaterapiya qəbul etdiyini, xərçəng şişinin daxili orqanlarına - ağciyər, qaraciyər və sümüyə belə yayıldığını açıqlayıb.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO