Şeron Stoun 9 uşağını itirib

Şeron Stoun 9 uşağını itirib

Hazırda oxunan: Şeron Stoun 9 uşağını itirib

80794

64 yaşlı Şeron Stoun üç oğlunu - Kuinn Kelly, Lerd Vonn və Roan Cozefi - tərbiyə edir. Onların hamısı övladlığa götürülmüş uşaqlardır.  

Bizim.Media xəbər verir ki, Stoun bioloji uşaqlarının olmadığı ilə bağlı ağlasığmaz açıqlama verib. Məlum olub ki, Şeron doqquz uşağını itirib.  

Aktrisanın başına gələn ürəkdağlayan hadisələrdən sonra həkimlər aktrisanın təbii yolla uşaq dünyaya gətirə bilməyəcəyini açıqlayıblar.  

“Bizim qadınların bu itkilərinin dərinliyini müzakirə etməyə haqqımız yoxdur. Bu kədərə tək və gizli dözməliyik. Çox ehtiyac duyduğumuz şəfqət, şəfa almaq əvəzinə” – deyə, aktrisa sosial şəbəkə hesabında yazıb.  

Stounun bu şərhi artıq yüzlərlə əks reaksiyaya səbəb olub. Bir çox qadın aktrisaya dəstəyinə görə təşəkkür edib.  

Qeyd edək ki, Şeron Stoun 2000-ci ildə o vaxtkı əri jurnalist Fil Bronşteyn ilə ilk övladı Roan Cozefini övladlığa götürüb. İkinci dəfə aktrisa övladlığa götürməyə tək gedib. 2005-ci ildə həyatında indi soyadını daşıyan Laird Vonn olub.  
Üçüncü uşaq - Kuinn Kelly - 2006-cı ildə Şeron ailəsində yaşamağa başlayıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO