Modelin gözəllik brendi başına bəla oldu: Məhkəməyə verilir – FOTO

Modelin gözəllik brendi başına bəla oldu: Məhkəməyə verilir – FOTO

Hazırda oxunan: Modelin gözəllik brendi başına bəla oldu: Məhkəməyə verilir – FOTO

80462

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl məşhur amerikalı model Hayli Biber şəxsi kosmetika markası “Rhode”ni təqdim edib.  

Ötən gün eyni adlı geyim brendinin sahibləri modeli oğurluqda günahlandırıblar. 

Bizim.Media xəbər verir ki, Amerika brendi “Rhode”nin həmtəsisçiləri Purna Xatau və Fibi Vikersın Haylini nəinki ad oğurlamaqda, həm də loqonu kopyalamaqda ittiham ediblər. 

“Bu marka haqqında eşitməmiş ola bilərsiniz, lakin ABŞ-da Beyonse, Rihanna və Mindi Kalinq kimi məşhurlar arasında “Rhode” çox məşhurdur”, deyə şirkət sahibləri deyiblər.

Onlar, həmçinin bildiriblər ki, Biber 4 il əvvəl onlardan bu brendi almağa çalışsa da, ona rədd cavabı verilib. Modelin bu xüsusi addan istifadə etməsinin niyə bu qədər vacib olduğu aydın deyil. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO