"Şokoladnıy zayeç"lə məşhurlaşan rus müğənnisi vəfat etdi - VİDEO

Hazırda oxunan: "Şokoladnıy zayeç"lə məşhurlaşan rus müğənnisi vəfat etdi - VİDEO

80422

"Şokoladnıy zayeç" mahnısı ilə məşhurlaşan Kamerun əsilli rus müğənnisi Pyer Narsis vəfat edib.  

Bizim.Media xəbər verir ki, bu barədə iyunun 22-də onun həyat yoldaşı Valeriya Kalaçeva “Instagram”da məlumat verib. Müğənninin 45 yaşı var idi. 

“Bu yer üzündə birlikdə keçirdiyiniz vaxta görə təşəkkür edirəm. Siz həmişə qəlbimizdə və dualarımızda olacaqsınız.

Gözəl qızınız üçün təşəkkür edirəm. Mən səni mehribanlıqla, sülhlə və məhəbbətlə Uca Tanrının əlinə verirəm" deyə Kalaçeva yazıb. Sənətçinin həyat yoldaşı ölüm səbəbini açıqlamayıb. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO