Restoranında dava düşən Aqşin canlı efirə sınıq barmaqla gəldi – VİDEO

Restoranında dava düşən Aqşin canlı efirə sınıq barmaqla gəldi – VİDEO

Hazırda oxunan: Restoranında dava düşən Aqşin canlı efirə sınıq barmaqla gəldi – VİDEO

80394

“Barmağım yerindən çıxıb, su yığılmışdı. İstəyirdim gecə gedim sınıqçıya, amma ağrı dözülməz olduğu üçün indi getməli oldum. Sınıqçı əlimi düzəltmək üçün bir saat çalışdı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Əli sarğılı halda canlı efirə gələn sənətçi açdığı restoranında başına gələn xoşagəlməz hadisəni belə nəql edib. 

“Restoranımda qonaqlar arasında ara qızışdı. Onlarla dava etməmişəm. Sadəcə dalaşanları ayıranda əlim bərk əzilib. Dostlarım idi, aralarında dava düşdü”. 

Verilişin aparıcısı Zaur Kamalın “Kimisə vurmusan deyə əlin zədə alıb?” sualına Aqşin “Heç kimi vurmamışam. Qonağı vurmaq olar? Sadəcə dalaşanları ayırmaq istəyəndə əlim dostlarımdan birinin boğaz nahiyyəsinə dəyib” deyə cavab verib.

Şounun gedişatında əlinin ağrısının kəskinləşdiyinə görə A.Fateh Z.Kamala səslənərək, efiri tərk etmək istədiyini bildirib.  
“Səhər gedib əlimi rentgenə salacağam” deyərək proqramdan ayrılıb. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO