Fatimə avtomobilinin cızılmasından DANIŞDI:

Fatimə avtomobilinin cızılmasından DANIŞDI: "Camaat təyyarə sürür, lüks maşınımı gözləri götürmədi” – VİDEO 

Hazırda oxunan: Fatimə avtomobilinin cızılmasından DANIŞDI: "Camaat təyyarə sürür, lüks maşınımı gözləri götürmədi” – VİDEO 

80117

“Avtomobilim kiminsə tərəfindən alınmayıb. Əziyyətlə qazanılan, halal zəhmətlə alınan bir maşındır. Kim mənim avtomobilimi cızıbsa, Allah bəlasını versin”.

Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Şourum” maqazin verilişinə müsahibəsində deyib.

Bir neçə gün əvvəl yeni aldığı lüks avtomobili naməlum şəxslər tərəfindən cızılan Fatimə baş verən hadisənin təfərrüatlarından söz açıb.

“Yetimin qəlbinə dəyməzlər. Bunu yaddan çıxartmasın. Yaşadığım binanın qarşısında olan müşahidə kameralarını açdıq. Amma bu hadisə həyətdə olmayıb. Həmin gün ad günü məclisinə getmişəm. Şəhərin mərkəzində olan yeraltı dayanacaqda avtomobilimi saxlamışam. Həmin dayanacaqla əlaqə saxladıq. Orada da belə bir hadisənin baş verməsi qeyri-mümkündür.

Onların gözləri götürmür. Camaat təyyarə sürür. Avtomobilimi görün necə cızıblar? Bu hadisə ilə Fatimənin ürəyinə bıçaq vurnağa çalışdılar.

Bir var ki elə belə cızasan, bunlar isə ürəklə cızıblar. Fikirləşirəm ki, bunu mənə qarşı kim edə bilər? Çünki məni nə qədər sevən insan varsa, bir o qədər sevməyən var. Bu, normal haldır. Bir onu bilirəm ki, o dünyada mütləq biləcəyəm ki bu hadisəni kim törədib?”
Qeyd edək ki, bir neçə ay əvvəl F.Fətəliyeva “Mercedes Benz GL 500” markalı təxmini dəyəri 94.000 manat olan lüks nəqliyyat vasitəsi alıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO