2014-cü ildə Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı yarışmasında "Start a Fire" mahnısı ilə təmsil edən, müğənni Dilarə Kazımova Türkiyədə lentə aldırdığı klipini təqdim edib.
Bizim.Media xəbər verir ki, pop ulduz sözləri və musiqisi Fidan Alivaya məxsus “Xarizma” adlı mahnısına ekran həyatı verib.
Sənətçinin işi üzərində böyük bir heyət çalışıb. İdeyası Dilarənin özü və Səbinə Şahiyə məxsus ekran işinin rejissorluğunu Buse Tırman edib. Klipdə Kazımova bir neçə rəngarəng və qlamur obrazlar canlandırıb. Müğənnin tərzi və imici üzərində Seyit Ares çalışıb.
Rəşad Əliyev, Bizim.Media