Manaf Ağayevdən iddialara CAVAB – “Yalan informasiyadır” 

Manaf Ağayevdən iddialara CAVAB – “Yalan informasiyadır” 

Hazırda oxunan: Manaf Ağayevdən iddialara CAVAB – “Yalan informasiyadır” 

79651

Bu ilin fevralında tanınmış müğənni Manaf Ağayev Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün həbs olunmuşdu.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları Manaf Ağayevin Nərimanov rayonunda yerləşən evinə gediblər.

Onu baş idarəyə dəvət ediblər. Bu zaman müğənni ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozub. Polis əməkdaşları onu intizama dəvət etdikdə o, irada məhəl qoymayıb və nalayiq söyüşlər söyməyə davam edib. M.Ağayevi BMCMİ-yə gətirmək istəyərkən o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin sonradan polis əməkdaşları onu baş idarəyə gətiriblər. Manaf Ağayev barəsində tərtib olunan protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.  

Qalmaqallı hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı Manaf Ağayevlə əlaqə saxlayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Polisə tabe olmayan Manaf Ağayev qaçmaq istəyib - Həbsin DETALLARI 


O, məsələni bu cür şərh edib: “Mən heç kimi təhqir etməmişəm. Səsimi də heç kimə yüksəltməmişəm. Bu yalan informasiyadır. Keçmiş məsələlər haqda nə danışmaq, nə də ki müsahibə vermək istəyirəm. Oldu, keçdi”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO