Ronaldo yeni doğulmuş qızı ilə ilk səyahətə çıxdı - FOTO

Ronaldo yeni doğulmuş qızı ilə ilk səyahətə çıxdı - FOTO

Hazırda oxunan: Ronaldo yeni doğulmuş qızı ilə ilk səyahətə çıxdı - FOTO

79572

Dünya şöhrətli ulduz futbolçu Kriştiano Ronaldonun iki ay əvvəl dünyaya uşaq gətirən 28 yaşlı nişanlısı Corcina Rodrigezlə ailə tətilinə çıxıb.  

Bizim.Media xəbər verir ki, ana yeni doğulmuş körpə Bella Esmeraldanı özü ilə istirahətə aparıb.  

Cəmi yeddi həftəlik yaşı olan Esmeralda üçün bu, ilk böyük səyahətdir. Ulduz futbolçu sosial şəbəkə hesabında paylaşdığı fotoda şəxsi təyyarə ilə uçan zamanı nişanlısı qızını qucağına alıb. Şəkildə ailənin başçısı 37 yaşlı Ronaldonun özü, həmçinin uşaqlar - 11 yaşlı Kriştiano kiçik, 5 yaşlı əkizlər Eva və Matteo və 4 yaşlı Alana Martina da əks olunub.

Hücumçunun hesabında yer alan aşağıdakı fotolara əsasən, uçuşdan sonra bütün ailə oteldə rahat şam yeməyinə gedib.

“Mənim həyatım”, - gənc ana lakonik şəkildə fotoya şərh yazıb.

Qeyd edək ki, Corcinanın doğuşu faciə ilə bitib. Beləki eyni anda doğulan Esmeraldanın əkiz qardaşı dünyasını dəyişib.  

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO