\

\"Forbes\" sıfırdan karyera qurmuş dünyanın ən varlı qadınlarının reytinqini AÇIQLADI 

Hazırda oxunan: \"Forbes\" sıfırdan karyera qurmuş dünyanın ən varlı qadınlarının reytinqini AÇIQLADI 

79413

“Forbes” hər şeyə özləri nail olan, sıfırdan karyera və ad qazanan dünyanın ən zəngin qadınlarının reytinqini dərc edib. 

Bizim.Media xəbər verir ki, siyahıya başçılıq edən isə iş qadını Dayan Hendriks olub. 

O, dam örtüyü satışında 12 milyard dollarla birinci yerdə qərarlaşıb. 

İkinci yerdə səhiyyə proqramlarının yaradıcısı Cudi Folknerdir. Onun hesablarında 6,7 milyard dollar pul var. 

İlk onluğu Opra Uinfrey tamamlayır. 68 yaşlı teleaparıcı karyerasında 2,6 milyard dollar qazanıb.  

Barbados gözəli Rihanna şou-biznes həmkarından bir az geri qalır. Beləki, bir neçə həftə əvvəl qız övladı dünyaya gətirən müğənni 1,4 milyard rəqəmlə 21-ci yerdə qərarlaşıb. Dünya pop ulduzu Madonna və gənc həmkarı Taylor Svift müvafiq olaraq 47 və 48-ci yerləri tutub. 

Pandemiyanın əyləncə sənayesinə ciddi zərbə vurduğu dərhal dərc olunan siyahıdan aydın sezilib. 

Beyonse 61-ci, Riz Uizerspun 65-ci, Ellen DeGeneres indi 72-ci yerdədir. Maria Şarapova “Forbes”ə daxil olan yeganə rus qadın olub. O siyahının 97-ci yerində qərarlaşıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO