Nazpəri Dostəliyeva:

Nazpəri Dostəliyeva: "Atamın taleyinə bənzədi taleyim" - VİDEO

Hazırda oxunan: Nazpəri Dostəliyeva: "Atamın taleyinə bənzədi taleyim" - VİDEO

79282

"Məni hər zaman səhnədə görmək istəyənlərə bir söz vermişəm ki, güclü olacağam".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişdə deyib. 

Sənətçi atasının taleyinə bənzər taley yaşadığını dilə gətirib:

"Atam aşıq idi. Onun ən populyar vaxtında 28 yaşında konservatoriyanın sonuncu kursunda təhsil alan qardaşım faciəvi şəkildə dünyasını dəyişdi. Atam ondan sonra sənətə geri qayıtmadı.
Mənim taleyim atamın taleyinə bənzədi. Amma mən oturmayacağam. Çalışacağamki, güclü olum. Səhnəyə çıxacağam".

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib. Ağır itkidən sonra Xalq artisti uzun müddət səhnədən uzaqlaşıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO