"Qara pantera" Naomi bir yaşlı qızının ilk addımlarını GÖSTƏRDİ – FOTO

Hazırda oxunan: "Qara pantera" Naomi bir yaşlı qızının ilk addımlarını GÖSTƏRDİ – FOTO

79149

52 yaşlı supermodel Naomi Kempbell qızı ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, “qara pantera” ilk dəfə ana olduqdan sonra qızın ilk addımlarını atdığı zaman çəkilən yeni fotolarını paylaşıb. 

“Sevgimin, ürəyimin döyüntüsü. İlk addımlar” deyə yayımladığı şəkilə qısa şərh yazıb.   

Qeyd edək ki, Naomi Kempbell qızını ilk dəfə fevralın ortalarında “British Vogue” jurnalının mart buraxılışının üz qabığından göstərmişdi.  

Eyni zamanda, 51 yaşlı model uşaq övladlığa götürməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.  
Bununla belə, o, çox şeyi gizli saxlayıb. Naomi hələ də qızının surroqat ana sayəsində dünyaya gəlib-gəlmədiyini söyləməyib, həmçinin körpənin adı və atası ilə bağlı sualları cavabsız qoyub. 

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO