Roza Sevil-Sevinci ələ saldı: \

Roza Sevil-Sevinci ələ saldı: \"Nələri yoxdursa, gəlsinlər yenə davam edək” – VİDEO

Hazırda oxunan: Roza Sevil-Sevinci ələ saldı: \"Nələri yoxdursa, gəlsinlər yenə davam edək” – VİDEO

79017

Müğənni Roza Zərgərli düşmən kəsildiyi əkiz Sevil-Sevinc Səfərova bacıları haqda qalmaqallı fikirlər səsləndirib.

Bizim.Media xəbər verir ki, “Səhər mərkəzi” verilişində qonaq olan sənətçiyə aparıcı Afaq Gəncəli “Bu məşhurun nəyini istifadə edərsən – səsini, geyimini, mahnısını, yoxsa bədən quruluşunu?”, - deyə sual ünvanlayıb.

Roza isə ekranda bacıların fotosunu görər-görməz “yumub gözünü, açıb ağzını”.

“Bunların nəyini istifadə edim ki? (gülür) Ölçülərimiz fərqlidir. Məndə nə olurdusa, elə məndən də istifadə edirdilər. Bəsləridir. Nələri varsa, özlərinə qismət olsun. Nələri yoxdursa, gəlsinlər yenə davam edək”.

Qeyd edək ki, Sevinc-Sevil Səfərova bacılarını ilk dəfə şou-biznesə “S-Twins” qrupu adı altında gətirən müğənni Roza Zərgərli olub. Lakin sonradan qrupla Roza arasında qalmaqal yaşanıb. Onların araları dəyib və illərdir ki, “qanlı bıçaq” münasibətindədirlər.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO