“Otağımdan “Kəbə” evinə mənzərə açılırdı. Oradan hər kəsə video çəkib göndərirdim. Həmkarlarıma deyirdim ki, mənə dua edin, 20 ildir övladım olmur”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Bir neçə həftə əvvəl Səudiyyə Ərəbistanının Məkkə şəhərini ziyarət edən sənətçi, duyğularını dilə gətirib.
“Allah mənə yer üzünün cənnətini göstərdi. Bundan böyük xoşbəxtlik varmı? Arzu edirəm ki, övladımı Allah buyurduğu kimi tərbiyə edim”.
Həmkarlarından fərqli olaraq sənətə mal-mülk üçün gəlmədiyini söyləyən E.Məmmədov karyerasında istədiyinə nail olduğunu bildirib.
“Bu sənəti bir istək, bir arzu ilə seçdim. Yalnız xalqa xidmət etmək. Bu sənətdən mən heç nə güdmürəm. Gül versinlər və ya nəsə oxuyum və bunun qarşılığında nəsə alım. Xeyr! Allah mənə can sağlığı veribsə, əziyyət çəkib istədiyimə nail ola biləcəyəm. Məsələn, evdir, ailəmi qorumaq, saxlamaq kimi şeylər başqadır. Sənət baxımından istədiyimə nail olmuşam”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:24 / 11.06.2022
Kəbəyə gedən Elnur: "Allah mənə yer üzünün cənnətini göstərdi" – VİDEO
Hazırda oxunan: Kəbəyə gedən Elnur: "Allah mənə yer üzünün cənnətini göstərdi" – VİDEO
Hazırda oxunan: Kəbəyə gedən Elnur: "Allah mənə yer üzünün cənnətini göstərdi" – VİDEO
78793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.