Keçmiş əri Britni Spirsin toyuna mane oldu – FOTO/VİDEO 

Keçmiş əri Britni Spirsin toyuna mane oldu – FOTO/VİDEO 

Hazırda oxunan: Keçmiş əri Britni Spirsin toyuna mane oldu – FOTO/VİDEO 

78595

Xəbər verdiyimiz kimi, ötən cümə axşamı Los-Ancelesdə 40 yaşlı Britni Spirsin beş il münasibətdə olduğu 28 yaşlı Sem Asqari ilə toyu olub.  

Bizim.Media xəbər verir ki, toy keçirilən zaman pop ulduzun birinci əri Ceyson Aleksandr onun evinə icazəsiz girərək “İnstagram”da canlı yayım açıb.  

O, ulduzun villasının bağçasında quraşdırılan çadırların birinin içini çəkərək “işıqlandıraraq” tədbirə hazırlıqları göstərib.  

Lakin çağırılmamış qonaq məclisi poza bilməyib. Ulduzun mühafizəçiləri onun qarşısını kəsiblər, sonra Aleksandr polis tərəfindən saxlanılıb. Ceyson bildirib ki, əslində onu Britni özü dəvət edib. Daha sonra o, Britnini qorumağı planlaşdırdığını bildirən video yayımlayıb. Hələlik nə müğənni, nə də həyat yoldaşı hadisə ilə bağlı açıqlama verməyib. Lakin həbs faktını Spirsin vəkili Metyu Rozenqart təsdiqləyib.  

Maraqlıdır ki, bu ilin əvvəlində C.Aleksandr artıq qeyri-qanuni müşahidəyə görə həbs edilib. Məlum olub ki, o, polisin adını açıqlamadığı qurbanı uzun müddət təqib edib. Motivlər də açıqlanmır.  

Cinayətkar cinayət başında yaxalanıb və azadlığa buraxılması üçün 30 min dollar girov müqabilində polis bölməsinə aparılıb. Qeyd edək ki, Britni ilə Ceyson 2004-cü ildə Las-Veqasda evləniblər. İkilinin boşanması toydan 55 saat sonra baş verib. 
Spirsdən boşandıqdan sonra ulduzun keçmiş əri bir daha evlənməyib. Şayiələrə görə, onun psixi problemləri var.  

Rəşad Əliyev, Bizim.Media

 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO