Elməddin Cəfərov sənətdən niyə UZAQLAŞDI? – “Komediyada özümü sübut edə bilmədim”

Elməddin Cəfərov sənətdən niyə UZAQLAŞDI? – “Komediyada özümü sübut edə bilmədim”

Hazırda oxunan: Elməddin Cəfərov sənətdən niyə UZAQLAŞDI? – “Komediyada özümü sübut edə bilmədim”

78430

Tanınmış komediya aktyoru Elməddin Cəfərov uzun müddətdir ki, efirlərdə görünmür. Ard-arda komedik janrlarda filmlərə rol alan Elməddin Cəfərovun sənəti tərk etməsi ilə bağlı da məlumatlar yayılır.

Bizim.Media-ya bu barədə özəl açıqlamasında aktyor daha bir müddət efirlərdə görünməyəcəyini etiraf edib. Hətta buna tutarlı səbəb də gətirib. 

Hazırda ciddi maliyyə problemlərinin olduğunu vurğulayan aktyor yeni filmlər çəkə bilmədiyini deyib:

“Pandemiyadan sonra sponsor tapmaqla bağlı bir çox problemlərimiz yaranıb və ona görə də, hələ bir müddət məni efirlərdə görməyə bilərsiniz. Əslində sponsordan asılı olmamalıyıq, amma çox təəssüf ki, belə alınıb”.

Aktyor dram janrlarda filmlərə çəkilməməsi məsələsinə də münasibət bildirib.

O, dram janrına üz tutmama səbəbini hələ də komediya janrında özünü sübut edə bilməməsi ilə əlaqələndirib:

“Komediya aktyoru olmağım, digər janrlarda uğursuz olacağım anlamına gəlmir. Vaxtilə tragikomediya janırında olan “Qaragöz” filminə çəkilmişəm. Çox uğurlu da  alınıb. Ümumiyyətlə, drama çəkilmək və ya dram filmi çəkərək özümü o janrda sınamaq istəmirəm. Çünki, komediyada hələ özümü sübut edə bilməmişəm. Həyatda həmişə özümü özüm üçün təsdiq etməyə çalışmışam. Kiməsə nəyi isə sübut etmək kimi bir iddiam yoxdur”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO