Van Dammın gəlini:

Van Dammın gəlini: "Ərim xristian deyil" 

Hazırda oxunan: Van Dammın gəlini: "Ərim xristian deyil" 

78402

“Mən də, o da darıxır. Sadəcə, iş ilə əlaqədar bir neçə ay görüşə bilməmişik. Bu da viza prosesindən keçən insanlar üçün tam normal haldır”.  

Bizim.Media xəbər verir ki, bu sözləri dünya şöhrətli aktyor Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə deyib.  

Sosial şəbəkə hesabında izləyicilərindən gələn sualları cavablandıran musiqiçi yaxın zamanda həyat yoldaşı Krisə qovuşacağını yazıb.  

“Biz çox aylar Belçikada yaşadıq. Lakin hazırda mən Azərbaycanda, o isə Amerikadadır. Amma yaxın zamanda yenidən görüşəcəyik və birlikdə olacağıq. Əlbəttə ki, Azərbaycan bayramlarını ailə ilə qeyd edəcəyik”.
“Həyat yoldaşın müsəlmandır?” - sualına isə S.Hacızadə belə reaksiya verib.

“Həyat yoldaşımın hansı dindən olduğu onun seçimidir. İslama hörməti çoxdur və birlikdə dua edirik. Onlar ümumiyyətlə, xristian deyillər.

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO