"Toylara gedirəm. Amma evləri, avtomobilləri müğənniliklə qazanmamışam".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu "Qısaqapanma" axşam şousunda deyib.
Müğənni zamanının əksər hissəsini ifaçılıqdan çox, şəxsi biznesinə ayırdığını etiraf edib:
“Vaxtımın çox hissəsini müğənniliyə sərf etmirəm".
Aparıcı Elməddin Cəfərovun "Evlərim, avtomobillərim var. Tək yaşaya bilirəmsə, qabırğanı neynirəm? - sualına A.Babakişiyeva "Düz deməmişəm?" - deyə qısa cavab verib.
Qeyd edək ki, A.Babakişiyeva qardaşı Samirlə birlikdə Türkiyədə "Beynəlxalq investisiya məsləhəti" şirkəti qurub. Ayanın Selena adlı qızı var.
Rəşad Əliyev, Bizim.Media