Meyxanaçı Tərlan QINADI :

Meyxanaçı Tərlan QINADI : "Qaş aldırmaq, dodaq şişirtmək kişiyə yaraşmaz" - VİDEO

Hazırda oxunan: Meyxanaçı Tərlan QINADI : "Qaş aldırmaq, dodaq şişirtmək kişiyə yaraşmaz" - VİDEO

77786

"Bəzi kişi sənətçilər gedirlər üzlərini dartdırırlar, qaş aldırırlar, dodaqlarını şişirdirlər. Bu kişiyə yaraşmayan şeylərdir".

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Tərlan Novxanı "Maqazin plus" verilişinə müsahibəsində deyib.

Üzündə qüsur yaranarsa, söz ustadı plastik əməliyyat etdirəcəyini bildirib.

"Əgər üzümdə hər hansısa bir problem yaranarsa, hansısa qüsuru aradan qaldırmaq üçün mən də əməliyyat etdirərəm. Amma özümə başqa bir görünüş verməkdən söhbət belə gedə bilməz".

Tərlanın illər əvvəl keçirdiyi "rinoplastika" əməliyyatından söz açıb, haqqında gəzən estetik ittihamlarına belə cavab verib:

"Bir dəfə burnumdan əməliyyat olunmuşam. Hər yerdə haqqımda danışdılar ki, Tərlan da gedib əməliyyat etdirdi. Burnumda həqiqətəm çəpər əyriliyi vardı və nəfəs ala bilmirdim. Amma əməliyyat zamanı burnumda tək çəpər düzəlmədi, həm də görünüşə bir az düzəliş verildi".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO