Dünya ulduzunu

Dünya ulduzunu "Milad" hitinə görə məhkəməyə verdilər - VİDEO

Hazırda oxunan: Dünya ulduzunu "Milad" hitinə görə məhkəməyə verdilər - VİDEO

77753

Dünya pop səhnəsinin ulduzu Meray Keri müəllif hüquqlarını pozmaqda ittiham olunur.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Endi Stone adlı bir şəxs iddia edir ki, o, məşhur "All I Want for Christmas Is You" hitinin müəlliflərindən biridir.

Həmçinin, onun sözlərinə görə, o, mahnını Meraydan çox əvvəl lentə alıb.

Mahnı, hətta 1993-cü il Milad mövsümündə "Billboard"a çıxıb. Sinqlın buraxılışından 20 il keçib.

Görünür, Endi üçün əsas problem yalnız mahnının adında yox, həmçinin Merayın mahnısının hitə çevrilməsindədir. Çünki pop ulduzun ifa etdiyi mahnının variantı tamam fərqli səslənir: başqa sözlər, başqa melodiya.

Qalmaqallı məsələ ilə bağlı Meray Keri hələ heç bir reaksiya verməyib.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO