28 yaşını qeyd edən Hüseyn Həsənova gözlənilməz sürpriz - VİDEO

28 yaşını qeyd edən Hüseyn Həsənova gözlənilməz sürpriz - VİDEO

Hazırda oxunan: 28 yaşını qeyd edən Hüseyn Həsənova gözlənilməz sürpriz - VİDEO

77746

Rusiyanın məşhur azərbaycanlı blogeri və iş adamı Hüseyn Həsənovun doğum günü ilə bağlı yaxın dostları və anası ona gözlənilməz sürpriz ediblər.

Bizim.Media xəbər verir ki, saatlar gecə 12-ni göstərdiyi zaman onlar blogerin yaşadığı lüks mənzilinə gələrək, canlı musiqi sədaları altında Hüseyni təbrik yağışına qərq ediblər. 

Anası isə əlində ona gətirdiyi qırmızı rəngdə kiçik tortu oğlunun üzünə batırıb. Dostları isə mənzilin içində onu qucaqlarına alaraq atıb, tutublar.

Sözügedən anları isə Hüseyn Həsənov sosial şəbəkə hesabında izləyicilərlə bölüşüb.

H.Həsənov bu gün doğum gününü fərqli tərzdə keçirəcəyini açıqlayıb. Belə ki, bloger yüzlərlə dostlarını bir məkana toplayaraq səhərə kimi onlarla birlikdə əylənəcəyini söyləyib.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO