Türkan Sevda ilə Tünzalənin cavabını verdi:

Türkan Sevda ilə Tünzalənin cavabını verdi: "Onlarla eyni səhnəni bölüşürəm" - VİDEO

Hazırda oxunan: Türkan Sevda ilə Tünzalənin cavabını verdi: "Onlarla eyni səhnəni bölüşürəm" - VİDEO

77724

"Xalq, Əməkdar artistlər, sənətçilər mənə atmacalar atırlar ki, onlara cavab verim. Mən o tərbiyənin yiyəsi deyiləm ki, onlara cavab verim".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu "7 canlı" axşam şousunda deyib.

"Kim mənim haqqımda danışsa, onlara yalnız gözəl şəkildə cavab verəcəyəm. Boş şeylərdir. Öz işimlə məşğulam. Kiminsə məni qınaq etməsini, hansısa mahnını düz və ya səhv ifa etməyimlə bağlı deyilən sözləri qəbul etmirəm. Hansı mahnını necə oxumaq lazım olduğunu gözəl bilirəm. Hansısa məsləhəti ala bilərəm Babək Niftəliyev (red. B.Niftəliyev verilişdə qonaqdır) və onun simasında digər sənətçilərdən və səhvimi düzəltməyə çalışaram. Amma baxıb görürəm ki, estrada janrında ifa edənlər, həmyaşıd olduğum həmkarlarım mənimlə qalmaqal etmək istəyirlər. Mən qalmaqallara gedən insan deyiləm".

Verilişin aparıcısı Vüsalə Əlizadənin, "Xalq artisti Tünzalə Ağayeva və Əməkdar artist Sevda Ələkbərzadə ifanı tənqid etmişdilər. Onlara cavab verəcəksən?" sualına T.Vəlizadə belə münasibət bildirib:

"Hər iki sənətçiyə hörmətim var. İllərdir bu sənətdədirlər. Əgər mən həm Tünzalə, həm də Sevda ilə toy məclislərində bir səhnəni paylaşıramsa, eyni səhnəni bölüşürüksə, eyni məclislərdə yarım saatlıq ifa edib çıxdıqda adını çəkdiyiniz sənətçilərlə görüşürüksə, deməli məndə varam və kütləm var".

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu "Şourum" maqazin verilişində Türkanın ifası ilə bağlı "Faciəvi reallıqdır, belə bir mahnı heç zaman sənət əsəri ola bilməz" deməsi qalmaqala səbəb olmuşdu.

Əməkdar artist Sevda Ələkbərzadə isə İçərişəhərdə keçirilən Novruz bayramı şənliyində Türkanın mahnısına, "Zövqdən danışırıq, belə bir musiqi səslənə bilər? Biz avtovağzalda, taksidə, bazarda səslənən musiqidən danışmırıq" söyləməsi qarşı tərəfi hiddətləndirmişdi.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO