Rəqqasə Fatimə: “Atam dünyasını dəyişəndə, pişiyimiz ağlayırdı” – VİDEO 

Rəqqasə Fatimə: “Atam dünyasını dəyişəndə, pişiyimiz ağlayırdı” – VİDEO 

Hazırda oxunan: Rəqqasə Fatimə: “Atam dünyasını dəyişəndə, pişiyimiz ağlayırdı” – VİDEO 

77581

“Məstan” adlı pişiyimiz var idi. O, canımda olan problemi, ağrıları özünə götürürdü. Bir aydan sonra isə Məstanın sinəsində şiş aşkarlandı. Onu həkimə apardıq. Diaqnozu xərçəng oldu. Anam nə qədər ona müalicələr etdirdi”.  

Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Günün sədası” səhər şousunda deyib.  

Ölən pişiyindən söz açan sənətçi, onunla bağlı xatirələrini bölüşərək gəhərlənib. Fatimə bildirib ki, atasının ölümünü pişiyi göz yaşı ilə qarşılayıb.  

“Elə məqam olmuşdu ki, biz müflis olduq, hər şeyimizi itirdik. Evimizi satdıq. Pişik müalicə olunduğu zaman biz kirayə bir evə köçdük. Avtomobildən onu qucağımıza aldıq ki evə aparaq. Məstan bizi cırmaqlayaraq, əldən yerə düşüb, qaçdı. İki ay onu axtardıq. Anam bu hadisəyə çox ağladı.  

Çox axtarışlardan sonra onu zibil qutularının yanında ölü vəziyyətdə tapdıq. Güclü hissiyatı vardı. Atam dünyasını dəyişmişdi. Biz qırx məclisi keçirirdik. O, atamın şəklinin atında oturmuşdu, gözündən yaş axırdı”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO