Xəbər verdiyimiz kmi, ötən axşam Heydər Əliyev adına Respublika Sarayında Xalq artisti Brilliant Dadaşovanın konserti keçirilib.
Konsertdə sənətçi səhnəni “Səs Azərbaycan” mahnı yarışmasının iştirakçıları ilə bölüşüb. Gecədə B.Dadaşovadan çox gənc ifaçıların çıxışlarına önəm verilməsi tamaşaçıların narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, konsertdən görüntülərini sosial şəbəkə hesabında paylaşan B.Dadaşovaya izləyicilər etiraz ediblər.
Onlar yayımlanan videonun şərh bölümünə tənqidi mesajlar yazıblar.
“Heyif, tamaşaçı boş yerə pul itirdi”, “Bu necə konsert idi? Biz sizi dinləməyə gəlmişdik. Tələbələrinizi yox. Heyf vaxtıma və puluma”, “Sadəcə ayıb olsun. Səsinizə nəsə olmuşdu?
Xəstələnmişdinizsə, insanların itirdiyi zamanına hörmətiniz olaydı, konserti başqa vaxta keçirərdiniz, pula görə ruhunuzu da satırsınız!”, “İllərdir ki, bu konserti gözləyirdim. Mən sizi eşidə bilmədim. Uşaqlarınız sizə eşitməyə imkan vermədi.
Əgər gənclərlə birgə konsert elan olunsaydı, bu qəbul edilərdi. Səsinizdən həzz ala bilmədik”, “Brilliant xanımdan başqa hamı oxudu, boş yerə pul itirdik, heyf!”, “Özünüz oxusaydınız yaxşı olardı və ya uşaqlar ayrı-ayrılıqda ifa etsəydilər səslərini eşidərdik. Xor ilə hamı oxuyurdu, başa düşmək olmurdu ki kimin səsidir”.
B.Dadaşovanı izləməyə gələn tamaşaçılardan biri isə biletin pulunu geri tələb edib.
Qeyd edək ki, B.Dadaşovanın konsertinə biletin qiyməti 40-150 manat civarında olub.
Bizim.Media