“Altı il sonra məhkəmə həyatımı geri qaytardı” - Conni Depp 

“Altı il sonra məhkəmə həyatımı geri qaytardı” - Conni Depp 

Hazırda oxunan: “Altı il sonra məhkəmə həyatımı geri qaytardı” - Conni Depp 

77378

Xəbər verdiyimiz kimi, dünyaca məşhur aktyor Conni Depp arvadı Ember Herda məhkəmədə qalib gəlib.  

Bizim.Media xəbər verir ki, qalmaqallı məhkəmə bitər-bitməz aktyor sosial şəbəkə hesabında baş verən hadisələrə ilk dəfə şərh verib.  

“Altı il sonra məhkəmə mənə həyatımı geri qaytardı. Onlara həqiqətən minnətdaram” - deyə C.Depp fikirlərini dərc edib.  

Xatırladaq ki, məhkəmə E.Herdu böhtan atmaqda təqsirli bilib və keçmiş ərinə 15 milyon dollar təzminat ödəməyə qərar verib.  

Aktrisa əks iddianı qismən qazanıb. O, Deppə 2 milyon dollar ödəyəcək.  

Qeyd edək ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə vermişdirlər.  

Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb etmişdi. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açmışdı.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO