Nazpəri Dostəliyeva: “Ağlıma gəlməzdi ki, mahnılarım öz həyatıma aid olacaq” - VİDEO 

Nazpəri Dostəliyeva: “Ağlıma gəlməzdi ki, mahnılarım öz həyatıma aid olacaq” - VİDEO 

Hazırda oxunan: Nazpəri Dostəliyeva: “Ağlıma gəlməzdi ki, mahnılarım öz həyatıma aid olacaq” - VİDEO 

77363

“Çiləsi güclü olan qadın güclü olub, ayaqda qalır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. Bir il əvvəl oğlunu itirən sənətçi, oxuduğu mahnıların öz həyatında bəhs etdiyini etiraf edib.

“Bu gün üçün yaşayan insan deyiləm. Gələcəyimə baxıram, ətrafımı, xalqımı düşünürəm. Duyğularımı idarə edə bilirəm. Heç zaman ağlıma belə gəlməzdi ki, yanğı ilə oxuduğum mahnılar öz həyatıma aid olacaq.
“Bağışla ana”, “Nə olar Allahım ayırma bizi”, “Bu sevgi bura qədər imiş”, “Heyif o sevgiyə”. Bizim heç nəyə görə Allaha üsyan etməyə haqqımız yoxdur. Bu olmamalıdır” – deyə Dostəliyeva qeyd edib.

Verilişin aparıcısı Zaur Kamalın “Sənətə ikinci Nazpəri gələcək?” sualına N.Dostəliyeva belə cavab verib:

“Heç zaman ikinci sənətkar olmur. Sənətkarın öz dəsti-xətti olur. Başqa sənətkarlar gələ bilər. Ola bilsin ki, ondan da yaxşı, daha da gözəl sənətkarlar gələcək. Amma hər çiçəyin öz ahəngi və ətri var”.

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib. Ağır itkidən sonra Xalq artisti uzun müddət səhnədən uzaqlaşıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO