Işın Karaca oturuşuna görə tənqid olundu: “Qız anasısan özünə gəl” - FOTO

Işın Karaca oturuşuna görə tənqid olundu: “Qız anasısan özünə gəl” - FOTO

Hazırda oxunan: Işın Karaca oturuşuna görə tənqid olundu: “Qız anasısan özünə gəl” - FOTO

77351

Türkiyəli müğənni Işın Karacanın paylaşımı qalmaqala səbəb olub.

Bizim.Media xəbər verir ki, kulisdə səhnə çıxışını gözləyən sənətçinin “kişi sayağı” oturuşu tənqid edilib.

Dərin sinə dekolteli, öndən hər iki tərəfdən yırtmaclı libası ilə kürsüdə əyləşən Işın foto çəkdirib. Şəkildə sinəsi və ayaqları ön plana çıxan Karacanın bu görüntüsü sosial şəbəkə əhlini qəzəbləndirib.

Onlar qız anasının bu cür oturuş tərzini başına qaxınc edərək, tənqid dolu şərhlər yazıblar:

“Qız anasısan, bu oturuş mənim əxlaqıma ziddir”, “Həmkarın Gülşəni açıq-saçıqlıqda ittiham edirdin, özün isə ondan daha açıq geyinmisən. Növbəti dəfə kiminsə haqqında danışarkən diqqətlə düşün”, “Sən qız anasısan, lütfən, özünə gəl”.  

Yüzlərlə gələn tənqid dolu rəylərə isə İşın Karaca əhəmiyyət verməyib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO