Conni ilə məhkəməni uduzan Emberdən ilk açıqlama:

Conni ilə məhkəməni uduzan Emberdən ilk açıqlama: "Ürəyim qırıldı" 

Hazırda oxunan: Conni ilə məhkəməni uduzan Emberdən ilk açıqlama: "Ürəyim qırıldı" 

77331

Milyonlarla insanın izlədiyi ən qalmaqallı hüquqi mübarizə sona çatdı. Amber Herd Conni Depplə məhkəmədə uduzub.  

Bizim.Media xəbər verir ki, məhkəmədə andlılar onu böhtan atmaqda təqsirli bilib və keçmiş ərinə 15 milyon dollar təzminat ödəməyə qərar verib.  

Aktrisa əks iddianı qismən qazandı, Depp ona 2 milyon dollar ödəyəcək.  

Məyusedici nəticələrin ardından dərhal sonra Herd sosial şəbəkə hesabında qalmaqallı məhkəmə ilə bağlı şərh yazıb.  

“Bu gün hiss etdiyim məyusluq sözlə ifadə edilə bilməz. Ürəyim qırıldı, çünki təsirli dəlillər belə keçmiş ərimin qeyri-mütənasib gücünə qarşı durmağa kifayət etmədi. Daha da məyusedicisi, bu hökmün digər qadınlar üçün məna kəsb etməsidir. Bu geri addımdır. Bu, hamımızı - öz sözünü deyən qadının ictimaiyyət qarşısında mühakimə oluna və alçaldılacağı bir dövrə qaytarır.

Qadınlara qarşı zorakılığın ciddi qəbul edilməyəcəyi geri addımdır. İnanıram ki, Conninin vəkilləri andlıların söz azadlığı ilə bağlı əsas məsələni gözdən qaçırmağa və Britaniyada niyə qalib gəldiyimizi göstərən sübutlara məhəl qoymamağa nail olublar.
Bunu bacarmadığım üçün məyus oldum. Amma məni daha da kədərləndirir ki, amerikalı kimi düşündüyüm hüququ – açıq və sərbəst danışmaq hüququnu itirmişəm”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO