Vəfa Zeynalova: “Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam?” – VİDEO  

Vəfa Zeynalova: “Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam?” – VİDEO  

Hazırda oxunan: Vəfa Zeynalova: “Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam?” – VİDEO  

77141

“Mənim üçün böyük şanslar açıldı, hədsiz böyük təkliflər gəldi. Onlar bu dəqiqə olsaydı, birmənalı şəkildə qəbul edərdim. Özüm də sanki körpələrimə qıymadım, dedim hələ çox körpədirlər. Mühit dəyişməli idi, yoldaşım dedi, mən o mühitə uyğunlaşa bilmərəm. Qızlarım əkiz idi, 5 il problemlər oldu, dayanmadan xəstəxanalarda...”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova “Üzə-düz” portret verilişində deyib. 

Sənətçi şəxsi həyatında baş verən neqativ hadisələrin onun karyerasına da yansıdığını açıqlayıb:

“Gəncliyimin ən şux vaxtları idi, amma arada karyeramda da nəsə edirdim. Yoldaşımla mübahisələr olurdu, əsəbimi ona tökürdüm. Sonradan düşünürdüm ki, axı düz deyir. Mən bu körpələri qoyum necə gedim?!”. 

Aktrisa qızlarına qoyduğu qadağalardan da söhbət açıb.  
 

“Qızlarıma çox böyük qadağalar qoymuşdum. Ətrafımda məni o qədər qınayanlar oldu ki? Deyirdilər, olmaz, artıq böyük qızlardır. Deyirdim ki, yox belə yaxşıdır. İndi fikirləşirəm ki, müəyyən işlərdə bəlkə də, mən onları çox sıxmışam.


Gərək bir az daha çox azadlıq verərdim. Digər tərəfdən isə düşünürəm ki, mən onları sıxıntı içərisində saxlamamışam. Bizim evdə ən çox sınan şey telefon olub (Gülür). Onlar məktəbdə oxuyan zaman mən onlara yalnız zəng etmək üçün telefon vermişdim. Zəng edəndə onlar cavab verməyəndə dəli olurdum. Nənələrinin evinə kimi gedirdim, çapalayırdım ki, necə oldular? Tapanda da hirsimi tökürdüm. İndi xatırlayıram ki, onlar məndən necə qorxurdular. Yaşlananda valideynə nadir halda oğlan, çox vaxt qız baxır. Təbii ki, istəmişəm, oğlum da olsun, amma taleyin qisməti belə imiş”.

Müəyyən səhnə obrazlarına görə ona “kam” gözlə baxıb, tənqid edənlərə də Vəfa Zeynalovanın münasibəti belə olub: 
 

“Müəyyən insanlar var ki, hər şeyi qınayır, xoş olmayan ifadələr, tənqidlər deyə bilərlər. O onların öz dünyagörüşü, mədəniyyətidir. Mən ancaq onu deyə bilərəm. Sizin içinizdə olan müxtəlif obrazlar var ki, mən onu sizə yenidən göstərirəm.


Bəyənmirsinizsə, bu sizsiniz də! Bu, mən deyiləm! Olub belə rollarım ki, söz-söhbətsiz ötüşmədi, karyerama mane oldu. Sadəcə ruhdan düşməmişəm. Baxmışam ki, neçənci əsrdə yaşayırıq, insanlar hələ də necə bəsit düşünə bilirlər? Hər kəsin gözündən salmaq üçün bir rolik paylaşsalar, o insanlar elə birinci onları qınayacaq. İllər əvvəl belə bir məqam yaşadım. Nə qədər ki, dünyada paxıl insanlar olacaq, mənə elə gəlir ki, onlar heç vaxt da paxıllıqlarını içlərinə boğa bilməyəcəklər. Küsdüm, xətrimə dəydilər. Amma bu obrazlarıma görə deyildi, əsla! “Mən aktrisayam” sözünü də heç sevmirəm. Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam? Məgər onlar görmür ki, mən aktrisayam? Məni sevmisiniz, alqışlamısınızsa, mən də sizin aranızda olan insanları zaman-zaman sizə təqdim edirəm. Amma siz mənim şəxsi həyatıma heç vaxt qarışa bilmərsiniz. Mən buna icazə vermərəm!”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO