Əməkdar artist atasının ölüm səbəbini açıqladı - VİDEO

Əməkdar artist atasının ölüm səbəbini açıqladı - VİDEO

Hazırda oxunan: Əməkdar artist atasının ölüm səbəbini açıqladı - VİDEO

77110

Əməkdar artist Hüsniyyə Mürvətova ötən il dünyasını dəyişən atasının ölüm səbəbini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə aktrisa qonaq olduğu “10-da görüşək” səhər verilişində danışıb. 

Hüsniyyə atasının avtomobil qəzasına düşərək vəfat etdiyini bildirərək, göz yaşlarına boğulub.  

“Birdən-birə oldu, onu maşın vurdu. Mən indiyə qədər uşaq idim, ötən il böyüdüm. Biz Şuşaya çox önəmli bir tədbirə getmişdik.
Ora addım atan kimi mənə zəng gəldi. Düzü əvvəlcə həqiqəti demədilər, xəstəxanada olduğunu söylədilər, məni aldatdılar. Təsəvvür edin, mən səhnədə tamaşaya oynayanda atam vəfat edibmiş. Ad günündə bir yerdə idik. Mənim Şuşaya gedəcəyimi bilirdi, uğur arzuladı. O, mənimlə fəxr edirdi. İki gün sonra bu hadisə oldu. Tamaşadan sonra həqiqəti dedilər. Yolda gələrkən nələr çəkdiyimi bir Allah bilir”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO