Qətər şahzadəsi yüksək dozalı narkotikdən öldü - FOTO

Qətər şahzadəsi yüksək dozalı narkotikdən öldü - FOTO

Hazırda oxunan: Qətər şahzadəsi yüksək dozalı narkotikdən öldü - FOTO

77099

Qətərin şahzadəsi Qasia Qallanio vəfat edib.

Bizim.Media xəbər verir ki, Polşa əsilli amerikalı 45 yaşlı Kasia Qallanionun  meyiti İspaniyanın Marbella şəhərindəki evində polis tərəfindən tapılıb. 

O, Qətərin sabiq neft naziri və kral ailəsinin üzvü Əbdül Əziz bin Xəlifə Al Taninin üçüncü arvadı idi. 

Qeyd edək ki, 2004-cü ildə evlənən və 2006-cı ildə boşanan cütlüyün 3 qızı var. 

Qallanio qızlarının qəyyumluğu üçün illər boyu mübarizə aparıb. O, keçmiş ərini qızlarından birinə cinsi istismarda ittiham etsə də, məhkəmədə uduzub. Uşaqlar Parisdə atalarının yanında yaşayırlar.

Fransanın "Le Parisien" qəzeti şahzadənin ölümünün ilkin versiyasının narkotikin həddindən artıq dozası olduğunu bildirib.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO