Xalq artisti Tünzalə Ağayevanın həmkarı Türkan Vəlizadənin ifası haqda söylədiyi "Belə ifalar faciədir. Mən belə mahnıları başa düşə bilmirəm. Mahnı məni sillə kimi üzümdən vurdu" sözlərinə üçüncü şəxs, müğənni Kərim Abbasov da qoşulub.
Bizim.Media xəbər verir ki, Tünzalənin Türkanın mahnısına ağız büzməsi Kərimi "cin atına" mindirib. Abbasov qorxmadan, çəkinmədən "Şourum" maqazin verilişinə müsahibəsində Ağayevanın ifasını atmacalı sözləri ilə yerdən yerə vurub.
"Tünzalənin bir mahnısına sona kimi qulaq asa bilmərəm. Əsəblərim gərginləşir. Tünzalə zövqümdə deyil. Onun bir ifasına qulaq asan kimi yoruluram. İfası gələndə həmin kanalı dəyişirəm. Tünzalə oxuyanda burun-boğazları vurur, mahnısı məni qıcıqlandırır. Həmin boğaz qulağıma gələndə ətim ürpəşir.
Əgər “Filankəsin "Xalq artisti" fəxri adı varsa, ona iradını bildirə, bu haqda danışa bilməzsən” kimi məsələ ola bilməz. Boş-boş söhbətlərdir. Kiminsə ifasını əgər sən "Faciə" adlandırırsansa, mən də o sözü qarşı tərəfə deyə bilərəm ki, "Sənin ifanı bəyənmirəm". Həmin xanım sənətçinin mahnısı radioda belə səslənəndə dalğanı dəyişirəm, çünki əsəblərimə toxunur".
Rəşad Əliyev, Bizim.Media