Dünya futbolunun əfsanəsi Devid və dəb ikonası Viktoriya Bekhemin böyük oğlu, 23 yaşlı Bruklin və onun həyat yoldaşı Nikola Peltz Britaniyanın “Vogue” jurnalının iyun buraxılışının əsas personajları olub.
Bizim.Media xəbər verir ki, jurnalı rəqəmsal üz qabığında cütlüyün toyundan bir kadr təqdim edib.
"Dior" kostyumu geyinmiş Bruklin, "Valentino"dan libas geyinən Nikola ilə okeanın sahilində romantik pozlar verib.
"Onu bu libasda görəndə həyatımda ilk dəfə nəfəsimi tuta bilməyəcəyimi hiss etdim.
Atam mənə məsləhət verib ki, “Xanımınızla qızıl kimi davran”. Onun bu məsləhətinə daim əməl edəcəm", - deyə Bruklin bildirib.
Qeyd edək ki, Bruklin Bekhem və Nikola Peltz aprelin 9-da evləniblər. ABŞ-ın Florida ştatında yaşayan Peltz ailəsinin malikanəsində baş tutan toy 3,5 milyon dollara başa gəlib.
Rəşad Əliyev, Bizim.Media