Elnurun

Elnurun "mədəkiçiltmə əməliyyatı" iddiasına “Toppuş bacı”dan cavab – “Yalandır”  

Hazırda oxunan: Elnurun "mədəkiçiltmə əməliyyatı" iddiasına “Toppuş bacı”dan cavab – “Yalandır”  

75942

Stilist Elnur Həsənov aparıcısı olduğu “Deməsəm olmaz” verilişində “Toppuş bacı” ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva haqda səs-küyə səbəb olacaq açıqlama verib.

Bizim.Media xəbər verir ki, Elnur hazırda xərçəngdən əziyyət çəkən aktrisanın xəstəliyini bilə-bilə mədəkiçiltmə əməliyyatı etdirdiyini bildirib.  

"Hər zaman mədəkiçiltmədən danışanda "Toppuş bacı"nı misal çəkirlər ki, ziyandır. Amma xanım o vaxt əməliyyata girəndə bu xəstəliyi var imiş. Ona bu haqda deyilib, amma bilə-bilə etdirib. Bu gün o, bunu gizlədir".  

Müzakirəyə səbəb olan mövzu ilə əlaqədar Bizim.Media-nın əməkdaşı Tünzalə Əliyeva ilə əlaqə saxlayıb. Aktrisa Elnurun açıqlamasını yalanlayıb.

“Yalandır! Mən iki dəfə mədəkiçiltmə əməliyyatı keçirtmişəm. Hər iki əməliyyatdan əvvəl analiz vermişəm. Analizlərimdə isə mənim xərçəng olduğum üzə çıxmayıb. Yəqin Elnura da kimsə deyib. Bu məlumatın heç bir əsası yoxdur”.

Əməkdar artist açıqlamasında səhhətindən də danışıb.

“Bir ay əvvəl MRT-dən keçdim. İndi onun cavabını gözləyirəm. Cavab isə üç aydan sonra çıxacaq və ona uyğun olaraq müalicələrimin növbəti etapını davam etdirəcəyəm. Hər şey analizlərin cavabından sonra bəlli olacaq”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO