Elzanın yardım istəyi başına qaxınc edildi: “Efirdə pul toplayırsınız, ayıb deyil?” - VİDEO

Elzanın yardım istəyi başına qaxınc edildi: “Efirdə pul toplayırsınız, ayıb deyil?” - VİDEO

Hazırda oxunan: Elzanın yardım istəyi başına qaxınc edildi: “Efirdə pul toplayırsınız, ayıb deyil?” - VİDEO

75725

“Xoşqədəm xanım, verilişdə başqa mövzu yoxdur ki, Əməkdar artist Elza Seyidcahanı efirə çıxarmısımız və onun üçün pul toplayırsınız? Millətin bu boyda dərdi-səri ola-ola... Ayıb deyil? Bir ara çox sevindim ki, xəstə uşaqların müalicəsi üçün pul toplayırsınız. Bu addımınızı ayaqda alqışlayırdım”.

Bizim Media xəbər verir ki, bu sözləri qalmaqallı bloqer Sevinc Hüseynova sosial şəbəkə hesabında paylaşdığı videomüraciətində deyib.

O, Əməkdar artist E.Seyidcahanın “Səni axtarıram” ictimai-sosial proqrama yardım üçün müraciət etməsini, “başına qaxınc” edib və onun bu hərəkətini xanım sənətçiyə yaraşdırmayıb:

“Maddi marağınız olmasa, bunu əsla etməzsiniz. İndi gəl onu yaşlı nəsilə başa sal. Ağlı başında olan insanlar bilirlər ki, orada xeyriniz var. Olsun, halal xoşunuz. Əsas odur ki, siz yardım etmisiniz. Heç olmasa, on uşağın xəstəliyinin müalicəsi üçün yardım etmisiniz. Amma Elzanın dərdi bu qədər böyükdür ki, ona verilişinizdə bu qədər zaman ayırırsınız”.

S. Hüseynova daha sonra bunları deyib:

“Elzanın yardım üçün ağız açacaq başqa insan yoxdur? Gərək o yardım üçün efirə çıxıb sənət yoldaşlarına səslənərdi? Hamının da nömrəsini bilir. Zəng edib, onlardan borc istəyərdi. Elza anasını aciz bir vəziyyətdə çəkib, paylaşır. Yerinizə utandım. Gic-gic şeirlər, mahnılar yazırsınız. Özümə də, hamıya da sizin keyfinizdən istəyirəm. “Acam-acam, qarnım acdır”, “Sevişin ki, seviləsiz”, “Utan bığından, çıxma qınından”...

Düşük-düşük şeirlər yazırsınız, sonra da adını qoyursuz sənət. Bu gün də sənət yoldaşlarınızdan tələb edirsiz ki, kömək etsinlər. Birincisi, sizə heç kimin borcu yoxdur. İkincisi də, əgər fəaliyyətinizin adı sənətdirsə...
Sənətinizi xalq olaraq satın alaq. İnanıram ki, izləyicilər fikirlərimə qoşulacaqlar. Nə qədər borcunuz varsa, onu xalq olaraq toplayaq, sizə verək. Bizə mənəvi əziyyət verməyin, utandırmayın. Nə şeirlər yazın, nə də ki mahnılar bəstələyin. Düzdür, barmaqla sayılacaq mahnılarınız var, amma yenə də çox hissəsi işə yaramır. Sözüm yoxdur sizə. Camaat da ağlasın, siz də?”

Rəşad Əliyev Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO