Çimnazın dolabın üzərindəki şpaqatı başına bəla oldu:

Çimnazın dolabın üzərindəki şpaqatı başına bəla oldu: "Yer tapmadın gimnastika etməyə?" - VİDEO

Hazırda oxunan: Çimnazın dolabın üzərindəki şpaqatı başına bəla oldu: "Yer tapmadın gimnastika etməyə?" - VİDEO

75581

"Vicdan Haqqı" serialında yaratdığı "Larisa" obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova yeni videosu ilə gündəm olub.

Bizim.Media xəbər verir ki, sənətçi evində olan güzgülü dolabın üzərinə çıxaraq, akrobatik hərəkətlər edib.

Sosial şəbəkə hesabında paylaşdığı videoda Çimnaz dolabın üzərində şpaqat açıb və bu hərəkəti müxtəlif formalarda təkrar edib.

Sultanova yayımladığı görüntülərə "5 yaşımdan bu günə kimi Bədii Gimnastika mənim həyat tərzimdir" şərhini yazıb.

Sosial şəbəkə izləyiciləri aktrisanın bu videosunu tənqid atəşinə tutublar. Onlar Çimnazın gimnastika hərəkətlərini yerdə deyil, güzgülü dolabın üzərində etməsini başına qaxınc ediblər.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO