Ötən gün doğum gününü qeyd edən, bu gün isə “Səhər mərkəzi” verilişində qonaq olan Əməkdar artist Vasif Məhərrəmliyə gözlənilməz sürpriz olub.
Bizim.Media xəbər verir ki, canlı efirə aralarında soyuq küləklərin əsdiyi deyilən yaxın dostu və sənət yoldaşı Manaf Ağayev gəlib.
İkili səmimi görüşüb, xoş-beş etdikdən sonra proqramın aparıcısı Afaq Gəncəli “Vasifə nə hədiyyə edəcəksiniz?” sualına Manaf belə cavab verib:
“Verilişdən çıxandan sonra hədiyyəmi küçədə təqdim edəcəyəm. Burada nə deyim? Biri deyir ki, Vasifə avtomobil, digəri də deyir ki, ev hədiyyə etmişəm. İndidən bəxtəvərçilik oxuyurlar”.
Manafın bu sözlərindən üzü gülən Vasif qarşı tərəfin hədiyyə söhbətinə belə fikir bildirib:
“Əslində hər şey göründüyü kimi deyil. Manaf da, mən də, sən də - əzizim Afaq öz çərçivəmizdə dolanan insanlarıq. Kənardan biz dəbdəbəli, bahalı həyat sürən, varlı müğənni kimi görünə bilərik. Lakin reallıq belə deyil. Biz öz tükümüzün üstündə dolanan insanlarıq. Sənət adamının imkanları nə qədər ola bilər ki? Sənət adamı böyük biznes sahibi deyil. Sənət adamı komersant, böyük holdinq şirkətinin sahibi deyil. Sağ olsun xalqımız. Geyimimdən tutmuş, yaşadığım evə və sürdüyüm avtomobilə kimi, Manafla mən xalqımıza borcluyuq. Nə mən, nə də ki Manaf avtomobil hədiyyə edəcək vəziyyətdə deyilik”.
M.Ağayev isə V.Məhərrəmlinin çıxışına belə şərh verib:
“Vasif düz danışır. Olsa da, olmasa da, ağlamağı sevmirəm. İstəyirəm ki, ən yaxşı evdə yaşayım, ən yaxşı avtomobili idarə edim. 40 ildir ki, sənətdəyəm. O müddət ərzində ola bilməz ki, bu qədər işləyəsən, bir evə, bir avtomobilə sahib olmayasan”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:57 / 20.05.2022
Vasifdən ETİRAF: “Manafla mən tükümüzün üstündə dolanan insanlarıq” - VİDEO
Hazırda oxunan: Vasifdən ETİRAF: “Manafla mən tükümüzün üstündə dolanan insanlarıq” - VİDEO
Hazırda oxunan: Vasifdən ETİRAF: “Manafla mən tükümüzün üstündə dolanan insanlarıq” - VİDEO
75364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.