Bəhram Bağırzadə kimsəsiz şəxslə bağlı videosunu sərt tənqidlərdən sonra sildi - VİDEO 

Bəhram Bağırzadə kimsəsiz şəxslə bağlı videosunu sərt tənqidlərdən sonra sildi - VİDEO 

Hazırda oxunan: Bəhram Bağırzadə kimsəsiz şəxslə bağlı videosunu sərt tənqidlərdən sonra sildi - VİDEO 

75327

Əməkdar artist Bəhram Bağırzadə paylaşımı ilə etiraz yaradıb.  

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında səfil həyatı keçirən fiziki məhdudiyyətli şəxsin “çəkmə, lazım deyil, başına dönüm” sözlərinə məhəl qoymayaraq, çəkməyə davam edib.  

Həmin şəxs gözüyaşlı Bəhramın təkidi ilə suallara cavab verməyə məcbur olub. Bağırzadənin yayımladığı video birmənalı qarşılanmayıb.  
Sosial media əhli Əməkdar artistin bu hərəkətini qəzəblə qarşılayıb. Onlar hətta şərh bölümündə Daxili İşlər Nazirliyinin hesabını işarələyərək bu məsələyə hüquqi qiymət verilməsini istəyiblər.  

B.Bağırzadə yazılan tənqidlərə və etirazlara cavab olaraq paylaşdığı videonu sosial şəbəkə hesablarından silib.  

Bizim.Media-nın əməkdaşı qalmaqallı paylaşım barədə şərh almaq üçün Əməkdar artist Bəhram Bağırzadə ilə əlaqə saxlayıb.  

O, cavab olaraq, bu haqda danışmaq istəmədiyini bildirib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO