ABŞ-a köçən Azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı aktyor Tolqa Karel onunla evliliyindən olan oğlu Cihangir ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, illər sonra oğlunun fotosunu paylaşan aktyor, onun doğum gününü təbrik edib.
“Sənə arzum dilədiyini al, axtardığını tap, hər zaman xəyalların gerçəkləşsin. Sən Allahın hədiyyəsisən. Oğlum, ad günün mübarək”, deyə Tolga yazıb.
Qeyd edək ki, uzun müddətdir ABŞ-da yaşayan və orada TIR sürücüsü kimi çalışan Tolga ikinci evliliyindən olan uşaqları ilə bağlı paylaşımlar etsə də, Cahangir barədə heçnə yazmayıb.
Bir müddət əvvəl isə Günay Musayeva müsahibəsində, "Cahangir atasının kim olduğunu bilmir. Heç adını, soyadını bilmir. Tolqa, oğlumuz Cahangir sənin öldüyünü düşünür. Ayda bir dəfə ona zəng et, varlığını göstər. Tolqa, səndən heç nə gözləmirik. Pul, heç nə istəmirik" deyə bildirmişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:05 / 19.05.2022
Günay Musayevanın keçmiş əri illər sonra oğlunu TƏBRİK ETDİ - FOTO
Hazırda oxunan: Günay Musayevanın keçmiş əri illər sonra oğlunu TƏBRİK ETDİ - FOTO
Hazırda oxunan: Günay Musayevanın keçmiş əri illər sonra oğlunu TƏBRİK ETDİ - FOTO
75259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.