Türk sənət musiqi dünyasının kralı İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs uzun müddətdir birlikdə olduğu müğənni Levent Dörterlə nişanlanıb.
Bizimə.Media xəbər verir ki, üzükləri Dilan Çıtakın atası İbrahim Tatlısəs taxıb.
Uzun müddətdir sevgili olan cütlük evliliyə ilk addımı atıb. Koronavirus pandemiyasına görə nişanını davamlı olaraq təxirə salan cütlük dünən ailə dostlarının qatıldığı mərasimdə nişanlanıb.
Qızının ən özəl günündə duyğulu anlar yaşayan Tatlısəs nişan lentini kəsib. O, lenti kəsdikdən sonra qızı D.Çıtak atasının əlini öpüb.
Sonra bəy İ.Tatlısəsin əlini öpmək istərkən, sənətçi onun əlini nəzakətlə geri çevirib. Həmin anlar kameralara yansıyıb.
Nişan mərasimində Tatlısəs cütlüklərə məsləhətlər verib. Dörd ildir sevgili olan və evlilik yolunda olan cütlüyün toyu yayda olacaq. D.Çıtak Tatlısəs və L.Dörterin pərəstişkarları və sənətçi dostları sosial media mesajları ilə onları təbrik ediblər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:06 / 17.05.2022
İbrahim Tatlısəsin qızı nişanlandı, kral kürəkəninə əlini öpdürmədi - VİDEO
Hazırda oxunan: İbrahim Tatlısəsin qızı nişanlandı, kral kürəkəninə əlini öpdürmədi - VİDEO
Hazırda oxunan: İbrahim Tatlısəsin qızı nişanlandı, kral kürəkəninə əlini öpdürmədi - VİDEO
74714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.