Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub.
Sənətçi Bizim.Media-nın əməkdaşı ilə söhbətindən heç yerə qaçmadığını, hazırda ata yurdu Tovuzda olduğunu açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Afət Fərmanqızı axtarışa verildi - Məhkəməyə gətirilənə qədər...
“Hamiləliyimlə bağlı Tovuza istirahətə gəlmişəm. Buranın havası Bakıdan fərqli olaraq mənə xoşdur. İstirahət edirəm.
Heç kimdən qaçıb gizlənməmişəm. Doğulduğum və yaşadığım Tovuzdayam. Məhkəməni də göndərsinlər buraya iştirak edim. Bununla bağlı məhkəməyə də sənəd göndərilib. Sizə bildirim ki, Flora Kərimovanı da öyrədən, 60 yaşında xaric oxuyan, əyri ayaqlı müğənni var. Xalq artisti niyə məni üç ildən sonra məhkəməyə verir? 2019-cu ildə olan bir məsələ ilə bağlı 2022-ci ildə məhkəməyə verdi. Zaman gələcək xalq artisti də görəcək ki, onu öyrədiblər. Həmin 60 yaşında xaric oxuyan müğənninin ərim dediyi adam Gürcüstanın Acari kazinosunda dövlət pullarını necə uduzurdusa 100-150 min dollarlarla, günlərlə kozinolarda yatırdı.
Onlar məndən guya qisas almaq istəyirlər. Bir ərizəmlə açaram sandığı tökərəm pambığı”.
Qeyd edək ki, Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.
Rəşad Əliyev, Bizim.Media