Samirə narazılıq yaradan fikirləri BARƏDƏ:

Samirə narazılıq yaradan fikirləri BARƏDƏ: "Azərbaycan nümayəndə heyəti bunu düşünmədi" - VİDEO

Hazırda oxunan: Samirə narazılıq yaradan fikirləri BARƏDƏ: "Azərbaycan nümayəndə heyəti bunu düşünmədi" - VİDEO

74013

“Mənim sözümü fırladıb başqa yerə yozmaq lazım deyil. Bir şeyə məyus oluram ki, Azərbaycan "delegasiyası" (nümayəndə heyəti - Red) bunu düşünmədi, Turində olanda mənimlə maraqlanmadı. Onların əvəzinə Norveç dəvət etdi, bütün xərcləri öhdəsinə götürüb, ödəniş edib, yanlarında görmək istədilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi sosial şəbəkə hesabında yaydığı qalmaqallı videomüraciətindən sonra fikirlərinə aydınlıq gətirərkən deyib.  

Odlu-alovlu çıxışı ilə gündəmə damğa vuran müğənni sosial media əhlinin ittihamlarına kəskin cavab verib.

“Bunu Azərbaycan "delegasiyası"ndan gözləyirdim. Mənim dediyim sözü yozmayın. Mən “başqa ölkəni dəstəkləməyim düz deyil” deyəndə Azərbaycanı nəzərdə tutmamışam.

Ümumilikdə danışmışam. Mənim iştirak etdiyim birinci yarımfinalda Azərbaycan iştirak etmirdi. Siz mənim Turində verdiyim müsahibəni izləsəniz, ölkəmə və təmsilçimizə necə dəstək olduğumu görərsiniz. İşin içində olan mənəm, bilirəm nə baş verir”.  
Qeyd edək ki, Samirə Əfəndi “Builki “Avroviziya”ya dəvəti Norveç nümayəndə heyəti tərəfindən almışam. Onlar bütün xərcləri ödəyərək, məni öz komandalarına dəstək kimi dəvət ediblər.

Sizcə, nə dərəcədə doğru olar ki, Norveçin nümayəndə heyətinin dəvəti ilə gəlim müsabiqəyə və həmin ölkəni yox, digər ölkəni dəstəkləyim? Bu doğru bir məsələ deyil. Ona görə əziz izləyicilərim mənə bu cür məktublar yazmağa ehtiyac yoxdur”, - deyə, video yayımlayıb.

Rəşad Əliyev Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO