“Ümümi vəziyyətim normaldır”.
Bu sözləri “Toppuş bacı” ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi müalicələrini Milli Onkologiya Mərkəzində davam etdirdiyini bildirib.
“Xəstəxanada kimyaterapiyanı alıb, gəlirəm evə. Orada çox qala bilmərəm, çünki, uşağım balacadır. Onu tək qoya bilmərəm. Bir ay əvvəl MRT-dən keçdim. İndi onun cavabını gözləyirəm. Cavab isə üç aydan sonra çıxacaq və ona uyğun olaraq müalicələrimin növbəti etapını davam etdirəcəyəm”.
T.Əliyeva xəstəliyinə rəğmən serial və verilişlərə çəkildiyini açıqlayıb.
“Nə qədər çətin olsa da, işlərimi axsatmıram. “Baldız” serialına və bacım qədər sevdiyim həmkarım Dilarə Əliyevanın “Söhbət var” verilişinə çəkilirəm”.
Qeyd edək ki, Tünzalə Əliyeva bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində yenidən kimyaterapiya qəbul etdiyini, şişin daxili orqanlarına - ağciyər, qaraciyər və sümüyə belə yayılmasını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:44 / 12.05.2022
Xərçəngdən əziyyət çəkən Tünzalənin vəziyyəti necədir? - AÇIQLAMA
Hazırda oxunan: Xərçəngdən əziyyət çəkən Tünzalənin vəziyyəti necədir? - AÇIQLAMA
Hazırda oxunan: Xərçəngdən əziyyət çəkən Tünzalənin vəziyyəti necədir? - AÇIQLAMA
73995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.