Filipp Kirkorova “Avroviziya”da QADAĞA: VIP zonaya buraxılmadı - VİDEO

Filipp Kirkorova “Avroviziya”da QADAĞA: VIP zonaya buraxılmadı - VİDEO

Hazırda oxunan: Filipp Kirkorova “Avroviziya”da QADAĞA: VIP zonaya buraxılmadı - VİDEO

73852

Rusiyanın Xalq artisti Filipp Kirkorov Turində “Avroviziya”nın VIP zonasına buraxılmayıb.  

Bizim.Media xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, rusiyalı sənətçi uzun müddət girişdə dayansa da, nəzarətçilər onun adını siyahılarda tapa bilməyiblər.   

Buna görə də pop kralı “Avroviziya” məhsullarını almaq üçün adi insanlarla bir sırada dayanmalı olub.
O, konserti yüksək tribunadan yan tərəfdə izləyib. Sənətçi sosial şəbəkə hesabında paylaşdığı hekayələri birinci cərgənin yaxınlığında lentə alıb.   

Filippin sözlərinə görə, o, “Avroviziya” təşkilatçıları tərəfindən fəxri qonaq və müstəqil ekspert kimi dəvət olunub. Müğənni bu il Yunanıstanı dəstəklədiyini açıqlayıb.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO