“Həmin şəxsi sədaqətli, vəfalı və cəsarətli olmalıdır. Qəlbinin gözəl olması da önəmlidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib.
Şəxsi həyatı ilə bağlı suala cavab verən sənətçi hazırda diqqətini sevgiyə deyil, işinə ayırdığını açıqlayıb.
“Sevgi məsələlərinə baxa bilmirəm, zamanım yoxdur. O səhifəni aça bilmirəm. Sevgi səhifəsini açanda işlərim dayanır. Bu səbəbdən işlərimlə bağlı olan səhifəni seçirəm”.
Yeni layihələrindən söz açan pop diva MDB-də (Müstləqil Dövlətlər Birliyi) populyar olan prodüserlə işləməyə başladığını qeyd edib. A.Kazımova həmin şəxsin adını açıqlamasa da, onunla yeni layihələr üzərində işlər apardığını diqqətə çatdırıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:59 / 11.05.2022
Aygün Kazımova şəxsi həyatı BARƏDƏ: \"Sevəndə işlərim dayanır\" - VİDEO
Hazırda oxunan: Aygün Kazımova şəxsi həyatı BARƏDƏ: \"Sevəndə işlərim dayanır\" - VİDEO
Hazırda oxunan: Aygün Kazımova şəxsi həyatı BARƏDƏ: \"Sevəndə işlərim dayanır\" - VİDEO
73795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.