Emberin bu ifadəsi Coni Deppin vəkillərini sevindirdi - Məhkəmədə SON DURUM

Emberin bu ifadəsi Coni Deppin vəkillərini sevindirdi - Məhkəmədə SON DURUM

Hazırda oxunan: Emberin bu ifadəsi Coni Deppin vəkillərini sevindirdi - Məhkəmədə SON DURUM

73768

Uzun müddətdir davam edən Coni Depp və Ember Herd məhkəməsində maraqlı anlar yaşanıb. 

Bizim.Media xəbər verir ki, Herd məhkəmədəki ifadəsində Deppin keçmiş sevgilisi olan Keyt Mossdan bəhs edərək aktyorun vəkili Benjamin Çyu və komandasını sevindirib. 

Belə ki, E. Herd 2020-ci ildə “The Sun” məhkəmə prosesində 1994-1998-ci illərdə birlikdə yaşayan Coni Depp və Keyt Mossun ayrılmasından sonra Coninin Keyti pilləkənlərdən aşağı itələməsi ilə bağlı şayiələri dilə gətirib.  

Lakin C. Depp 2020-ci ildə bunun tamamilə uydurma olduğunu bildirib.  

Məhkəmə ifadəsində Herdin bu mövzudan bəhs etməsi isə Coni Deppin komandasına avantaj təmin edib. 

Belə ki, onlar Keyt Mossu ifadə vermək üçün çağırmağa və Ember Herdin iddiasını təkzib etməyə haqq qazanıblar. Bununla yanaşı Herd öz köhnə münasibətlərinin də xatırlanması üçün zəmin yaradıb. Çünki aktrisa 2009-cu ildə keçmiş sevgilisinə qarşı zorakılıq tətbiq etdiyi üçün həbs edilib. 
Qeyd edək ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə veriblər. 

Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb edib. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açıb.    

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO