Elzanın küsülü olduğu bacısı Lalə Niyamın restoranında işləyir - VİDEO  

Elzanın küsülü olduğu bacısı Lalə Niyamın restoranında işləyir - VİDEO  

Hazırda oxunan: Elzanın küsülü olduğu bacısı Lalə Niyamın restoranında işləyir - VİDEO  

73446

Əməkdar artist Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahanın müğənni Niyam Salaminin açdığı restoranda çalışdığı ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, bu məsələnin üstü “Qonağı ol” verilişində açılıb.  

Belə ki, sözügedən proqramın növbəti buraxılışı sənətçinin aylar əvvəl açdığı restoranda lentə alınıb.  

Verilişin aparıcısı Günay Firuddinqızı bildirib ki, Lalə restoranda uşaqlar üçün fəaliyyət göstərən kiçik bağçada tərbiəçi və dil üzrə mütəxəssis kimi çalışır.

L.Seyidcahan Niyamla çalışdığından məmnunluq hissi duyduğunu və restoranda uşaqlar üçün nəzərdə tutulan bağçanın bir çox dekor işlərinin onun əlinin altından çıxdığını bildirib.

Niyam isə Lalənin geyimlər üzrə stilist və dizayner istedadının olduğunu söyləyib. Əməkdar artistin bacısı Salaminin yeni layihələri üçün ona geyimlər hazırlayacağını dilə gətirib.   
Qeyd edək ki, “Qonağım ol” verilişində Lalə Seyidcahan bacısı Elza ilə müəyyən məsələlərə görə küsülü olduğunu vurğulayıb.   

Rəşad Əliyev Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO