“Həyatımda sevgi və sevgi hisslərim vardı. Belə başa düşdüm ki, məndə o sevgi olsa da, qarşı tərəfdə yox idi. Amma heyf ki, hər şey bitdi. Çox gözəl bir sevgi idi. Alınmadı. Sevgi münasibətimiz az olsa da, amma yaşadığım o sevgi mənim üçün dəhşət idi. Heyf ki, qarşılıqsız sevgi yaşadım”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Renka” ləqəbi ilə məşhurlaşan, ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova qonaq olduğu “Tam vaxtıdır” gecə şousunda deyib.
Qarşılıqsız sevgi yaşadığını etiraf edən rəqqasə, həyatda dayaqsız, dəstəksiz qaldığını bildirib.
“Qadın hər bir yaşda sevilmək istəyir. Hamının önündə güclü olduğumu söyləyirəm. Amma mənə çox çətindir. Arxa dayaqsız... Mən də pis oluram. Deyirəm ki, kaş mənim də dəstəyim olardı. Amma maddi yox, mənəvi dəstəyim olardı. Əlimdə tutan bir insan olardı”.
Qeyd edək ki, Rəna Ağamuradovanın ilk evliliyindən 15 yaşlı Murad adında oğlu və 13 yaşlı Namiliya adlı qızı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:14 / 09.05.2022
Renkanın eşqi yenə “daşa dəydi”: “Qarşılıqsız sevgi yaşadım” - VİDEO
Hazırda oxunan: Renkanın eşqi yenə “daşa dəydi”: “Qarşılıqsız sevgi yaşadım” - VİDEO
Hazırda oxunan: Renkanın eşqi yenə “daşa dəydi”: “Qarşılıqsız sevgi yaşadım” - VİDEO
73441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.